Xəbərlər
ADPU-nun Şamaxı filialında əməkdaşlara səmimi görüş keçirilib
22/05/2026, 11:10

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Həmkarlar İttifaqı Komitəsinin təşkilatşılığı ilə əməkdaşlarla maarifləndirici görüş keçirilib. Səmimi və işgüzar şəraitdə baş tutan görüş zamanı kollektivin sosial rifahı, əməkdaşların hüquq və maraqlarının qorunması, eləcə də iş mühitinin daha da yaxşılaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə əməkdaşların təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, kollektiv daxilində qarşılıqlı hörmət, həmrəylik və dəstək sağlam əmək mühitinin əsasını təşkil edir.
Görüş xoş ünsiyyət və faydalı müzakirələrlə yadda qalıb.






