“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU THİK nəzdində fəaliyyət göstərən idman klubunun təşkil etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105-ci ildönümünə həsr olunan “Voleybol yarışları” baş tutub.

20/05/2026, 13:03
xeber1

28.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən idman klubunun təşkil etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105-ci ildönümünə həsr olunan “Voleybol yarışları” baş tutub. 

Yarışda universitetimizin müxtəlif fakültələrindən komandalar iştirak edərək yüksək hazırlıq, güclü komanda ruhu və rəqabət əzmi nümayiş etdirmişlər. Qeyd edək ki, yarış sadəcə qız tələbələr üçün nəzərdə tutulmuşdur. Gərgin və maraqlı keçən qarşılaşmalar iştirakçılar və izləyicilər üçün unudulmaz anlarla yadda qalmışdır.


Yarışın yekun nəticələrinə əsasən: 

1-ci yer: Riyaziyyat komandası

2-ci yer: Filologiya komandası

3-cü yer: İbtidai təhsil komandası


Yarışın sonunda qaliblər kubokla mükafatlandırılmış, xatirə şəkli çəkilmişdir. 

Yarışda iştirak edən bütün tələbələrə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik! 🏆

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: