Xəbərlər
ADPU THİK tərəfindən "İZCUP All Star" intellektual yarış keçirilmişdir.

03.04.2026 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) və “İZ” İntellektual Platformasının birgə təşkilatçılığı ilə bu semestrin son bu formatlı yarışı – “İZ CUP ALL STARS” uğurla keçirildi.
Yarış boyunca komandalar film, musiqi və idman mövzularında biliklərini nümayiş etdirdilər. Final mərhələsində isə iştirakçılar ADPU-da ilk dəfə tətbiq olunan “qatili tap” formatı ilə qarşılaşdılar. Bu mərhələdə komandalar təqdim olunan detalları analiz edərək hadisənin arxasındakı məntiqi qurmağa və doğru cavabı tapmağa çalışdılar.
Yekun nəticələr:
🥇 I yer – Ləpirçi — 14600 xal
🥈 II yer – NoName — 14295 xal
🥉 III yer – Vis a vis — 10400 xal
Beləliklə, “İZ CUP ALL STARS” həm format müxtəlifliyi, həm də rəqabət səviyyəsi ilə bu semestrin yadda qalan yarışlarından birinə çevrildi.













