“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU THİK təşkilatçılığı ilə "Debat və ritorika" təlimi keçirilib

04/12/2025, 14:28
xeber1

29.11.2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Debat klubunun təşkilatçılığı ilə “Debat və ritorika” mövzusunda təlim uğurla keçirilib.


78 tələbənin iştirakı ilə keçirilən və 4 saatdan çox davam edən təlim zamanı iştirakçılar “Debat nədir?” sualına ətraflı cavab taparaq debatın əsas qaydaları, olar və olmazlar, arqument quruculuğu, sübut və təkzib, sual texnologiyaları, komanda işi və ritorika bacarıqları haqqında geniş məlumat əldə ediblər.

DİA məzunu və rekordsmen Həbib Heydər tərəfindən aparılan təlimdə tələbələr fəal şəkildə sual-cavabda iştirak edərək debatın praktiki tərəflərini də öyrəniblər.

Təlimin sonunda təlimdə fəal iştirak edən tələbələr sertifikatla təltif olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: