Xəbərlər
ADPU THİK təşkilatçılığı ilə ilk dəfə "IZ CUP 2026" intellektual yarış keçirilib.

14.03.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Gənc İntellektlər” Klubunun təşkilatçılığı ilə “İZ Cup” adlı intellektual yarış keçirildi. 🏆🦢
20 komandanın iştirak etdiyi yarışda bilik, sürət və strategiya bir araya gəldi. Komandalar Filmlər, idman, musiqi, dahi şəxslər və ölkəmiz mövzularında mübarizə apardılar. Sürpriz atributlar isə oyunun gedişatını tamamilə dəyişdi.
Bomba, piramida, rus ruleti və xəzinə kimi mexanikalar yarışa əlavə həyəcan qatdı.
“İZ Cup” yarışının nəticələrinə əsasən:
I yer: Biz də dəriniz
II yer: Wilson Lo Siento
III yer: 6 Qoşa
Yarışın sonunda qalib komandalar diplomlarla təltif olunmuş, iştirakçılarla birlikdə xatirə şəkillər çəkilmişdir. Bu intellektual mübarizədə iştirak edən bütün komandalara təşəkkür edirik.
İZ Cup davam edir… 🚀




















