Xəbərlər
ADPU THİK təşkilatçılığı ilə keçirilən Şanlı Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
04/12/2025, 14:44

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Gənc Yazarlar” Klubunun təşkilatçılığı ilə Şanlı Qarabağ Zəfərinin 5-ci ildönümünə həsr olunmuş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb. 44 günlük Qarabağ müharibəsinə həsr olunmuş müsabiqədə 44 tələbə iştirak edib, onlardan 3 tələbə qalib olub.
1-ci yer — Məmmədova Sənubər Sədirəddin
2-ci yer — Umarova Fəridə Muğan
3-cü yer — Quluyeva Fidan Elxan
Qaliblər diplom və hədiyyələrlə təltif edilib.






