“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU THİK təşkilatçılığı ilə Nazlı bulaq istirahət mərkəzində tələbələr üçün 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş intellektual yarış təşkil olunub.

16/03/2026, 14:20
xeber1

08.03.2026-cı il tarixində 8–9 mart tarixlərini əhatə edən Quba rayonu, Nazlı Bulaq istirahət mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş intellektual yarış keçirilmişdir.


Yarış tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların bilik və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyırdı. İntellektual yarışda ümumilikdə 11 komanda iştirak etmiş, 9 komanda ADPU THİK, 2 komanda BMU THİK tələbələrindən ibarət idi. Komandalar arasında maraqlı və gərgin mübarizə yaşanmışdır.

Yarışın nəticələrinə əsasən:

1-ci yerə “ADPUTHİK Riyaziyyat” komandası,

2-ci yerə “ASR” komandası,

3-cü yerə isə “Zəm-Zəm” komandası layiq görülmüşdür.

Sonda qalib komandalar diplomlarla təltif olunmuş, iştirakçılarla birlikdə xatirə şəkilləri çəkilmişdir. Yarış iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: