“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU THİK təşkilatçılığı ilə tələbələrin Quba rayonuna ekskursiyası təşkil olunub.

16/03/2026, 14:14
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Quba rayonunda yerləşən “Nazlıbulaq” istirahət mərkəzində tələbələr üçün yaz düşərgəsi təşkil olunub. 🌿


“8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş düşərgə üçün ümumilikdə 513 tələbə qeydiyyatdan keçmiş, onlardan 138 nəfər müsahibəyə dəvət edilmiş və nəticədə 30 tələbə düşərgədə iştirak etmək hüququ qazanmışdır.

İki gün ərzində tələbələr müxtəlif intellektual yarışlarda iştirak edərək həm biliklərini sınamış, həm də maraqlı və səmərəli vaxt keçirmişlər.

Tələbələrin asudə vaxtının səmərəli təşkili üçün yaradılmış bu imkanlara görə ADPU THİK kollektivi və düşərgə iştirakçıları adından Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə dərin təşəkkürümüzü bildiririk. 🤝

Sosial şəbəkələrdə paylaş: