“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADPU THİK təşkilatçılığı ilə xanım tələbələrlə görüş keçirilib.

16/03/2026, 14:33
xeber1

6 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə bir qrup xanım tələbə ilə görüş keçirilib.

Tədbirdə universitetin rektoru Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU THİK sədri Cəmilə Qurbanova universitetdə tələbələrə göstərilən diqqət və qayğının daim ön planda olduğunu vurğulayaraq bildirib ki, artıq ikinci ildir keçirilən bu ənənəvi görüşün məqsədi xanım tələbələri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək və onlara diqqət göstərməkdir. O qeyd edib ki, universitetdə tələbələrin sosial rifahının yüksəldilməsi və yeni ənənələrin formalaşdırılması istiqamətində davamlı işlər görülür.

Daha sonra universitetin rektoru Cəfər Cəfərov çıxış edərək xanım tələbələri bayram münasibətilə təbrik edib, xüsusilə tədbirdə iştirak edən şəhid ailəsi üzvlərinə öz xüsusi təbriklərini çatdırıb. Ardınca prorektorlar çıxış edərək tələbələrə xoş arzularını bildiriblər.

Tədbir çərçivəsində ADPU THİK tərəfindən 50 nəfər xanım tələbə bayram münasibətilə hədiyyələrlə təltif olunub.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: