Xəbərlər
ADU-da Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışının müzakirəsinə həsr olunmuş müşavirə keçirilib

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışına həsr olunmuş müşavirə keçirilib.
Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU HİK sədri, dosent Misgər Məmmədov çıxış edib.
M.Məmmədov çıxışında ölkənin ictimai-siyasi həyatında baş verən proseslər, dövlətçilik ənənələrinin qorunması, milli maraqların təmin edilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini diqqətə çatdırıb.



