“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADU-da Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

15/10/2026, 16:20
xeber1

Oktyabrın 15-də Azərbaycan Dillər Universitetində Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib.

ADU-nun Xarici dillərin tədrisi və Psixologiya və Pedaqogika kafedralarında baş tutan görüşdə ADU HİK sədri Misgər Məmmədov çıxış edib.

Dosent Misgər Məmmədov çıxışında layiqli əmək şəraitinin təmin edilməsinin, işçilərin hüquqlarının qorunmasının, əməyin təhlükəsizliyinin və sosial təminatın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, əmək münasibətlərində qarşılıqlı hörmətin, sosial ədalətin və işçilərin rifahının yüksəldilməsinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Ümumdünya Layiqli Əmək Günü əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin yaradılması və işçilərin sosial rifahının yaxşılaşdırılması məsələlərinə diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, layiqli əmək prinsiplərinin təhsil müəssisələrində tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb.

 

Gallery Image

Sosial şəbəkələrdə paylaş: