Xəbərlər
ADU əməkdaşları üçün Quba və İsmayıllıya gəzintilər təşkil olunub
22/06/2026, 10:51
İyunun 20-də Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Müasir dillər kafedrasının əməkdaşları üçün Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Quba rayonuna gəzinti təşkil olunub. Gəzinti çərçivəsində əməkdaşlar Qubanın zəngin təbiəti ilə yaxından tanış olub, rayonun tarixi və görməli məkanlarını ziyarət ediblər.
Bununla yanaşı, iyunun 21-də Azərbaycan Dillər Universiteti Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatı kafedrasının müəllim heyəti İsmayıllı rayonuna səfər edib. Səfər zamanı müəllimlər rayonun füsunkar təbiəti və görməli yerləri ilə tanış olublar.





