“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADU nümayəndələri “Həmkarlar ittifaqları və gənclər” mövzusunda tədbirdə iştirak ediblər

16/03/2026, 15:00
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə Əmək və Sosial Münasibətlər Akademiyasında “Həmkarlar ittifaqları və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib.


Tədbirin məqsədi gənclərin əmək hüquqları barədə məlumatlılığının artırılması, həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı biliklərin genişləndirilməsi və gənclərin bu sahədə fəallığının təşviq edilməsi olub.


Tədbirdə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavinləri Sənəm Qasımova, Nəzrin İsmayılzadə və fəal idarə heyəti üzvləri də iştirak ediblər.

Sosial şəbəkələrdə paylaş: