“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində uğurla təmsil olunur

01/04/2026, 11:22
xeber1

Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində Azərbaycan Dillər Universiteti layiqincə təmsil olunur.


Sərgi çərçivəsində universitetimizi ADU THİK-in idarə heyəti, fəal tələbələr və komitə sədri uğurla təmsil edirlər. Onlar yalnız universitetimizi deyil, eyni zamanda ADU THİK-i də beynəlxalq platformada layiqincə təmsil edərək, təşkilatın fəaliyyəti, tələbə həyatı və yaradılan imkanlar haqqında ziyarətçilərə ətraflı məlumat verirlər.


Təqdimatlar zamanı Azərbaycan Dillər Universitetinin təhsil imkanları, beynəlxalq əlaqələri və tələbələr üçün yaradılan inkişaf mühiti geniş şəkildə nümayiş olunur. Eyni zamanda qurulan yeni əlaqələr və aparılan müzakirələr universitetimizin və ADU THİK-in beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişlənməsinə töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: