“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ADU tələbələri Bakı İllüziya Muzeyinə maarifləndirici ekskursiya ediblər

03/11/2026, 15:16
xeber1

2 noyabr 2026 cı il tarixində tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmləndirilməsi və ixtisas motivasiyasının artırılması məqsədilə İngilis və alman dilləri fakültəsinin Sabah qrupunda təhsil alan birinci kurs tələbələrinin Psixologiya və pedaqogika kaferasının dos.Ceyhun Alıyevin və ADU THİK nəzdində fəaliyyət göstərən Elm və Təhsil Departamentinin birgə təşkilatçılığı ilə “Bakı İllüziya Muzeyinə” maarifləndirici ekskursiyası təşkil olunub.


"Qavrayış psixologiyası" mövzusunun praktiki hissəsini təşkil edən optik illuziyaların mexanizmlərini, vizual aldanışları və psixoloji interpretasiyaları tələbələrə canlı şəkildə nümayiş etdirmək və nəzəri bilikləri əyani təcrübə ilə möhkəmləndirmək məqsədilə təşkil edilən tədbirdə tələbələr illüziyalar anlayışını, vizual və mental qavrayış xüsusiyyətlərini canlı eksponatlar üzərində müşahidə etmək imkanı əldə ediblər.


Tədbir, Psixologiya və pedaqogika, İngilis və alman dili fakültəsinin təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Təşkilatının maddi dəstəyi ilə reallaşıb.


dos.Ceyhun Alıyev tərəfindən vurğulanıb ki, həqiqi qayğı və diqqət qarşı tərəfi inkişaf etdirmək və onları inkişafetdirici mühit içində tutmaqdır. Bu baxımdan tələbələrin mənəvi və intellektual inkişafını təmin etmək onlara göstərilən ən böyük diqqət və qayğıdır. Dərslərdə öyrənilən nəzəri biliklərin interaktiv mühitdə tətbiqi tələbələrin ixtisasa olan marağını dərinləşdirir, təlim motivasiyasını yüksəldir.


Universitet rəhbərliyinin, fakültə dekanlığının, kafedra rəhbərliyi və fənn müəlliminin eləcə də Tələbə Həmkarlar İttifaqı Təşkilatının birgə əməkdaşlığı ilə tələbələrin hərtərəfli inkişafına göstərilən həssas münasibət onların təhsilə olan həvəsini və motivasiyasını əhəmiyyətli dərəcədə artıracaq, doğma universitetlərinə olan mənəvi aidlik hissini gücləndirəcəkdir.


Ekskursiyanın sonunda tələbələr onların inkişafına göstərdiyi maddi və mənəvi dəstəyə görə Tələbə Həmkarlar İttifaqı Təşkilatına təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: