“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AƏSMA-da IOSH “Təhlükəsiz İdarəetmə” beynəlxalq təlimi keçirilir

26/08/2025, 09:20
xeber1

25 avqust 2025-ci il tarixindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Böyük Britaniyanın IOSH (Institution of Occupational Safety and Health – Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu) proqramı əsasında “Təhlükəsiz İdarəetmə” adlı beynəlxalq təlim keçirilir. Təlimdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarında çalışan əməkdaşlar iştirak edirlər.


Təlimin əsas məqsədi əmək mühitində təhlükəsizliyin və sağlamlığın qorunması üzrə müasir yanaşmaları öyrənmək, risklərin idarə edilməsində qabaqcıl beynəlxalq təcrübəni mənimsəmək və müəssisələrdə təhlükəsizlik mədəniyyətini gücləndirməkdir.


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tərəfindən təşkil olunan bu proqram həmkarlar ittifaqlarının üzvlərinin peşəkar fəaliyyətinə yeni dəyər qatır.


Təlimin sonunda imtahandan uğurla keçən iştirakçılara beynəlxalq səviyyədə tanınan IOSH (“Təhlükəsiz İdarəetmə” üzrə) sertifikatı təqdim olunacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: