“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

AƏSMA-da “Sosial təminat qanunvericiliyinin tətbiqi problemləri” mövzusunda növbəti təlimlərə başlanılıb

27/05/2025, 15:06
xeber1

26 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə əməkdaşlığı ilə “Sosial təminat qanunvericiliyinin tətbiqi problemləri” mövzusunda növbəti ixtisasartırma təlimlərinə başlanılıb. 


Sosial təminat hüququ sahəsində keçirilən təlimlər həmkarlar ittifaqlarının üzvlərinin peşəkar bilik və bacarıqlarının artırılmasına, sosial müdafiə sisteminin aktual problemlərinin öyrənilməsinə və qanunvericilik bazasının praktik tətbiqinə yönəlib.


Təlimlərin ilk günü iştirakçılar bir sıra aktual mövzular üzrə məlumatlandırılıb. Təlimçilər Ürfət Mürşüdov və Rəsmiyyə Abdullayeva aşağıdakı mövzularda təqdimatla çıxış edərək iştirakçıların nəzərinə bu sahədəki əsas anlayışları və yenilikləri çatdırıblar:


• Azərbaycan Respublikasının pensiya təminatı sistemi

• İnklüziv sosial müdafiə və sosial siyasət

• Sosial xidmət: çətin həyat şəraitində olan şəxslərin dairəsi, sosial xidmətin forma və növləri.


Təlimlər çərçivəsində iştirakçılar sosial təminat hüququ sahəsində mövcud problemlər, islahatlar və tətbiqi mexanizmlərlə bağlı bilik və bacarıqlarını təkmilləşdirəcəklər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: