“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Afət İbrahimovanın 65 illik yubileyi qeyd olundu

10/06/2026, 13:57
xeber1

ETİHİ Göyçay Rayon Komitəsi nümayəndəsinin iştirakı ilə Göyçay şəhəri Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən İbrahimova Afət Akif qızının 65 illik yubileyi qeyd olunub.


Tədbirdə çıxış edənlər müəllimənin gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərdən, pedaqoji fəaliyyətindən və kollektiv arasında qazandığı nüfuzdan danışıblar. Bildirilib ki, Afət müəllimə uzun illər ərzində yüzlərlə şagirdin savadlı və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayıb.


Yubiley münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən İbrahimova Afət Akif qızına təşəkkürnamə və mükafat təqdim olunub, ona gələcək həyatında möhkəm can sağlığı və yeni uğurlar arzulanıb.



Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: