“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Ağ Adam"- tolerantlıq nümunəsi

30/01/2026, 18:24
xeber1

Azərbaycan şairi,tərcüməçisi, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliklərinin üzvü Giya Paçxataşvilinin Şəkidə 65 illik yubileyi olunub. M.F Axundov adına mədəniyyət evində baş tutan tədbir ədəbi-mədəni mühitin nümayəndələrini, ziyalıları və ictimaiyyət nümayəndələrini bir araya gətirib.


Yubiley mərasimində, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Zaqatala–Balakən Yazıçılar Birliyinin üzvü Almaniz Ələkbərli, MİHİ Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva, şairin doğulduğu Qax şəhərindən gəlmiş tanınmış ziyalılar,şairlər, eləcə də şəkinin təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşları iştirak ediblər. 


Tədbirdə çıxış edənlər- ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, MİHİ Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva, Zaqatala-Balakən Yazıçılar Birliyinin üzvü Almaniz Ələkbərli,şair Solmaz Elqızı və Zaur İlham Giya Paçxataşvilinin çoxşaxəli yaradıcılığı,sözə və sənətə olan bağlılığı,azərbaycan və gürcü xalqları arasında dostluğu,sülhü və tolerantlıq kimi dəyərlərləri təbliğ etməsi barədə fikirlər səsləndiriblər.


Tədbirdə şairin müxtəlif illərdə qələmə aldığı şeirlərdən nümunələr və sözlərinə bəstələnmiş musiqilərdən parçalar səsləndirilib.


Sonda yubilyara ETİHİ Şəki Şəhər Komitəsi tərəfindən şairin portireti hədiyyə olunub.

Şair sonda doğulduğu Qax şəhərində 50 illik yubileyini qeyd edən Ziyafət Xasiyevaya o cümlədən,bu tədbirin təşkilində zəhməti olan digər təşkilatçılara və iştirakçılara öz dərin minnətdarlığını bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: