“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağacəkmə aksiyası

02/03/2026, 13:31
xeber1

ETİHİ Abşeron Rayon Komitəsi olaraq, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Əfqan Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktəb ərazisində ağacəkmə aksiyasının keçirilməsini dəstəklədik. Tədbirdə komitəmizin sədri Fəxrəddin Eyvazov və rəyasət heyətinin üzvü Könül Nəcəfzadə, eləcə də valideynlər, şagirdlər və məktəb müəllimləri iştirak etmişdir.


Aksiya çərçivəsində birgə əkilən ağaclar həm ətraf mühitin qorunmasına töhfə, həm də gələcək nəsillərə yaşıl və sağlam mühitin bəxş edilməsi istiqamətində dəyərli addım olmuşdur. Eyni zamanda, tədbir şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə və vətənə sevgi hissinin gücləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb etmişdir.


ETİHİ Abşeron Rayon Komitəsi olaraq, belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayır və gələcəkdə də məktəblərlə birgə ekoloji layihələrin dəstəklənəcəyini bildiririk.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: