“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağacəkmə aksiyası keçirildi

17/04/2026, 09:48
xeber1

17 aprel 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı ilə "Hərəyə bir ağac əkək" devizi altında ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov və Oğuz rayon Yaşar Şəfiyev adına Xalxal kənd tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının üzvləri iştirak etmişlər.

​  Tədbir çərçivəsində ərazinin iqlim şəraitinə uyğun ağac tingləri əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir. Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin qorunmasına töhfə vermək, təhsil işçiləri arasında ekoloji maarifləndirməni gücləndirmək və təbiətə qayğı hissini təbliğ etməkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: