“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağalıq kənd tam orta məktəbinin İbtidai sinif müəllimi Həmidova Parpar Ramiz qızının 65 Yaş Yubileyi

05/11/2025, 21:46
xeber1


Şabran rayonu Ağalıq kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Həmidova Parpar Ramiz qızının 65 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi tərəfindən Həmidova müəllimə təşəkkürnamə təqdim edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.


Həmidova Parpar müəllimə uzun illərdir ki, uşaqların təhsilinə böyük sevgi və səylə yanaşmış, onların gələcəyinə işıq salmaq üçün əzmlə çalışmışdır. İbtidai siniflərdəki təlim-tərbiyə fəaliyyəti ilə həm şagirdləri, həm də valideynləri tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi, Parpar müəllimənin təhsil sahəsindəki müstəsna xidmətlərini yüksək qiymətləndirərək ona təşəkkür və minnətdarlığını bildirib.


Müəllimə Həmidova Parpar Ramiz qızının 65 yaşını təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni uğurlar arzulayırıq. Əziz müəllimə, uğurlarınız daim davam etsin!




Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: