“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağcabədi məktəbindən Respublika Fənn Olimpiadasında uğur

06/05/2026, 10:40
xeber1

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 12 şagirdi Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək qalib adına layiq görülüb.

Bu uğurlar sırasında Ağcabədi Rayon üzrə Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Əhmədov Seymur Daşqın oğlunun coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək qalib adına layiq görülməsi müəllim əməyinin və şagirdlərin məqsədyönlü hazırlığının bariz nümunəsidir.

Bu nailiyyət məktəbdə tədris prosesinin səmərəli təşkili, müəllimlərin peşəkar fəaliyyəti və birgə zəhmətinin nəticəsidir. Uğurun əldə olunmasında Eyvazov Aydın, Hüseynova İlhamə, Əhmədova Nailə və İsgəndərova Güllü müəllimlərin, eləcə də Seymurun atası, məktəbin texniki işçisi Əhmədov Daşqın Şamil oğlunun dəstəyi xüsusi qeyd olundu.

Bu münasibətlə təşkil olunan görüşdə adıçəkilən şəxslər ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edildilər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: