Xəbərlər
Ağcabədi müəllimini tanıyaq
04/11/2025, 12:30

Ağcabədi Rayon M. Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, Filologiya üzrə fəlsəfə doktoru Pəsiyeva Samirə Aqil qızı Elm və Təhsil Nazirliyi tərəfindən Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif edilib
2023-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 150 nəfər örnək müəllim içərisindən biri də Pəsiyeva Samirə Aqil qızıdır.
Dəfələrlə Ağcabədi Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub.Bizdə Elm və Təhsil İşçiləri Həmkar İttifaqı Ağcabədi Rayon Komitəsi adından Samirə müəlliməni bu münasibətilə təbrik edir,gələcək həyatında və kariyerasında uğurlar arzulayırıq





