Xəbərlər
Ağcabədi rayon Hindarx qəsəbə Q.Əliyev adına 3 nömrəli ümumi orta ümum təhsil məktəbdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon təhsil sektorunun təşkilatçılığı ilə valideyn konfransı keçirildi.

“Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” və “Erkən nikah hallarının qarşısının alınması” mövzularında valideyn konfransı keçirildi.
Konfransda məktəbin direktoru Kəmalə Zeynalova və psixoloq Məxmər Hacıyeva çıxış edərək valideynlərə uşaqların internetdən təhlükəsiz istifadəsi, sosial şəbəkələrin təsiri, kibertəhlükələr və onlayn risklər barədə məlumat verdilər. Valideynlərə övladların rəqəmsal fəaliyyətinə nəzarət, təhlükəsizlik ayarları və açıq ünsiyyətin vacibliyi izah olundu.
Eyni zamanda erkən nikahın yeniyetmələrin təhsilinə, psixoloji vəziyyətinə və gələcək imkanlarına mənfi təsirləri diqqətə çatdırıldı.