Xəbərlər
Ağcabədi rayon Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Əhmədov Seymur Daşqın oğlu coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində 35 bal toplayaraq bürünc medala layiq görülüb.🥉

Ağcabədi rayon Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Əhmədov Seymur Daşqın oğlu coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində 35 bal toplayaraq bürünc medala layiq görülüb.
Bu uğur məktəbdə tədris prosesinin səmərəli təşkili, düzgün idarəçilik və peşəkar müəllim kollektivinin əməyi ilə sıx bağlıdır. Məktəbin direktoru Əliyeva Vüsalə Cəmşid qızının rəhbərliyi ilə təhsilin keyfiyyətinə xüsusi diqqət yetirilməsi, müəllimlərin öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsi və sertifikasiya imtahanlarında yüksək nəticələr əldə etməsi bu nailiyyətlərin əsasını təşkil edir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından məktəbin uğurlarına görə XI sinif şagirdi Əhmədov Seymuru və məktəb kollektivini təbrik edir, növbəti illərdə uğurlar arzulayırıq.




