Xəbərlər
Ağcabədi rayonu Hikmət Əliyev adına Boyat kənd tam orta ümumtəhsil məktəbində Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Ağcabədi rayonu Hikmət Əliyev adına Boyat kənd tam orta ümumtəhsil məktəbində Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbir məktəbin kitabxana müdiri İntizar Hüseynovanın təşkilatçılığı ilə baş tutdu. Tədbirin keçirilməsində əsas məqsəd görkəmli şair Səməd Vurğunun yaradıcılığı vasitəsilə milli şüurun formalaşdırılması, həmkarlar ittifaqı üzvlərinin və yeniyetmələrin vətənpərvərlik ruhunun gücləndirilməsi idi.
Tədbirdə məktəbin müəllimləri Saleh Quliyev və Qurban Abdullayev çıxış edərək şairin zəngin ədəbi irsi haqqında ətraflı məlumat verdilər. Məktəbin şagirdi İbrahim Cəfərzadə isə Səməd Vurğun obrazını canlandıraraq iştirakçıların böyük marağına səbəb oldu.
Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiklərinə görə bir qrup həmkarlar təşkilatı üzvü fəxri fərmanla təltif edildi.
















