Xəbərlər
Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində Həmkarlar təşkilatının sədri Hacıyeva Nuridə Elxan qızının təşkilatçılığı ilə I sinif şagirdlərinin “Əlifba bayramı” yüksək səviyyədə keçirildi.

Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində Həmkarlar təşkilatının sədri Hacıyeva Nuridə Elxan qızının təşkilatçılığı ilə I sinif şagirdlərinin “Əlifba bayramı” yüksək səviyyədə keçirildi. Tədbirdə şagirdlərin hazırladıqları maraqlı səhnəciklər, şeirlər və musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbirdə Ağcabədi rayon Təhsil Sektorunun nümayəndəsi Nərminə Əmirova iştirak edərək çıxışında şagirdləri təbrik etdi onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı.
İbtidai sinif şagirdlərinin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan, uzun illər ərzində səmərəli pedaqoji fəaliyyət göstərmiş ibtidai sinif müəllimi Sənəm Məmmədovanın 65 illik yubileyi münasibətilə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən ,hədiyyə və fəxri fərmanla təltif olundu. Bu, müəllimin təhsil sahəsində göstərdiyi əməyin yüksək qiymətləndirilməsi kimi dəyərləndirildi.
Şagirdlərin ilk davranış qaydalarını, bilik və bacarıqlarını formalaşdıran, onların təhsilə marağını artıran müəllimlər — Həsənova Azadə və Sənəm Məmmədovaya gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Məktəbin uğurlarında mühüm payı olan, tədris prosesinin səmərəli təşkilinə və məktəb kollektivinin fəaliyyətinə rəhbərlik edən direktor Samirə Nəsirovaya, eləcə də tədbirlərin təşkilində fəallıq göstərərək vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirən Əliyeva Nərminə və Baxışova Müşfiqə müəllimə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən təşəkkürümüz bildirilir.

















