Xəbərlər
Ağcabədi şəhər 3 nömrəli Körpələr Evi-Uşaq Bağçasında görüş keçirildi

Ağcabədi şəhər 3 nömrəli Körpələr Evi-Uşaq Bağçasında həmkarlar təşkilatının üzvləri ilə görüş keçirildi
Görüşün məqsədi yeni tədris ili münasibətilə bağçada həmkarlar təşkilatının fəaliyyəti, il ərzində görülmüş işlər barədə hesabatın dinlənilməsi və qarşıda duran məsələlərin müzakirəsi oldu.
Bağçanın həmkarlar təşkilatının sədri Ağayeva Aygün Ramiz qızı il ərzində görülmüş işlər, ittifaq üzvlərinin istirahətinin səmərəli təşkil edilməsi, müxtəlif görüş və tədbirlərin keçirilməsi barədə çıxış etdi.
İttifaq üzvlərinin bir çoxu çıxış edərək son illərdə həmkarlar təşkilatının fəaliyyətindən, təşkil olunan genişmiqyaslı tədbirlərdən və görülən işlərdən razılıqlarını bildirərək fikirlərini bölüşdülər.
Sonda bağçada aparılan təmir işləri, müasir təlim üsullarının tətbiqi, hər bir ittifaq üzvünə həssas və diqqətli münasibəti ilə xüsusilə seçilən, Körpələr Evi-Uşaq Bağçasının müdiri, şəhid ailəsi Samirə Xuduyevanın əməyi yüksək qiymətləndirildi. O, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edildi.











