Xəbərlər
Ağcabədi şəhər Şirin Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası “Şahin” hərbi-idman oyununun rayon mərhələsində uğurla çıxış edərək fəxri II yerə layiq görülmüşdür. Bu nəticə şagirdlərin yüksək fiziki hazırlığının, vətənpərvərlik ruhunun və komanda birliyinin bariz göstəricisidir.

Yarışa hazırlıq prosesində müəllimlərin, hərbi rəhbər Çəbrayılov Rüfət müəllimin, məktəbin həmkarlar təşkilatının sədri və fiziki tərbiyə müəllimi Məmmədov Mehdi müəllimin əməyi, eləcə də şagirdlərin məsuliyyətli və məqsədyönlü yanaşması mühüm rol oynayır.
Komandanın nümayiş etdirdiyi nizam-intizam, çeviklik və verilən tapşırıqları dəqiq yerinə yetirməsi xüsusi vurğulanmışdır.
ETİHİ Ağcabədi Rayon Komitəsi adından “Şahin” hərbi-idman oyununun komanda üzvlərini və onların müəllimlərini bu uğur münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq.