Xəbərlər
Ağcabədi şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində açıq dərs keçirdi
04/02/2026, 21:30

Ağcabədi şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində
7 “B” sinfində Coğrafiya fənnindən “Antarktidanın relyefi” mövzusunda məktəbin coğrafiya müəllimi Əliyeva Nərgiz Araz qızı açıq dərs keçirdi.
Dərs zamanı şagirdlər Antarktidanın relyef formaları, buz örtüyü və təbii xüsusiyyətləri haqqında ətraflı məlumat əldə etdilər. Açıq dərs şagirdlərin fəal iştirakı ilə maraqlı və səmərəli keçdi.









