Xəbərlər
Ağcabədidə 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub

Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən Q. Əliyev adına 3 nömrəli ümumi orta ümumtəhsil məktəbində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Məktəbin Həmkarlar İttifaqı təşkilatının sədri Minarə Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər Azərbaycanın dövlət müstəqilliyinin əhəmiyyətindən bəhs edən şeirlər səsləndirib, Vətənə, dövlətə və milli dəyərlərimizə bağlılıqlarını nümayiş etdiriblər.
Tədbirdə çıxış edən dil-ədəbiyyat müəllimi Nərgiz Həsənova Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizədən bəhs edib. O, müstəqilliyimizin qorunmasının, dövlətçilik ənənələrimizin yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb.
Belə tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə hörmətin, dövlətçilik düşüncəsinin və Vətənə məhəbbət hissinin gücləndirilməsinə xidmət edir.





