Xəbərlər
Ağcabədidə şahmat üzrə rayon turniri keçirilib
01/03/2026, 13:08

19-26 fevral 2026-cı il tarixlərdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi rayon komitəsi və Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi”nin 34-cü ildönümünə həsr olunmuş 6-16 yaşlı oğlan və qızlar arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.
Turnir Ağcabədi rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin binasında 118 nəfər şahmatçının iştirakı ilə təşkil edilmişdir.
Gərgin və yüksək rəqabət şəraitində keçən turnirin yekununda qalib şahmatçılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunmuşdur.







