“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam məktəblərinin asudə vaxtının səmərəli təşkili məqsədilə Qəbələ–İsmayıllı gəzintisi

21/06/2026, 20:52
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilati dəstəyi ilə Ağdam rayon 11 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Azərbaycanın füsunkar və zəngin təbiətə malik bölgələrindən olan İsmayıllı rayonuna, Ağdam rayon 15 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi isə Qəbələ rayonuna ekskursiya səfəri həyata keçirib.

Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin tarixi, mədəni və turizm potensialı ilə yaxından tanışlıq olub.

Ekskursiya zamanı iştirakçılar İsmayıllı və Qəbələnin görməli yerlərini ziyarət edib, rayonların zəngin təbiəti, tarixi-mədəni irsi və turizm məkanları haqqında ətraflı məlumat əldə ediblər. Səfər iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.

ETİHİ Ağdam Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: