“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam Rayon 2 nömrəli tam orta məktəbdə ilk həmkarlar ittifaqı təşkilatına yeni sədr seçilib

02/09/2026, 12:41
xeber1

2 sentyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin xidmətinə daxil olan Ağdam Rayon 2 nömrəli tam orta ümumtəhsil məktəbində ilk həmkarlar ittifaqı təşkilatının sədri vəzifəsinə seçki keçirilib.

Tədbir çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məqsəd və vəzifələri, hüquqi təminatlar və həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Görüş zamanı ETİHİ tərəfindən üzvlərin rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, hüquqlarının müdafiəsi, sağlamlıq, istirahət, təlim və digər istiqamətlərdə həyata keçirilən layihələr, yaradılan imkanlar və görülən işlər barədə geniş təqdimat edilib.

Görüşdə həmçinin 2026–2027-ci tədris ilinin başlanması münasibətilə məktəb kollektivi təbrik olunub, müəllim və təhsil işçilərinə yeni tədris ilində fəaliyyətlərində uğurlar, yüksək nailiyyətlər və müvəffəqiyyətlər arzulanıb.

Daha sonra vəzifəsindən ayrılan ilk həmkarlar ittifaqı təşkilatının sədri Rüstəmova Tahirə Rasim qızının yerinə yeni sədr seçkisi keçirilib. Kollektiv tərəfindən namizədliyi irəli sürülən İmanova Zülfiyyə Əhməd qızı üzvlərin etimadını qazanaraq səs çoxluğu ilə müəssisənin ilk həmkarlar ittifaqı təşkilatının yeni sədri seçilib.

ETİHİ Ağdam Rayon Komitəsi olaraq yeni seçilmiş sədri səmimi-qəlbdən təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar, yeni nailiyyətlər və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: