“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam rayon Gül Baharlı kənd ümumi orta məktəbinin direktoru Mehriban Məhərovanın 65 illik yubileyi qeyd olunub

24/06/2026, 14:52
xeber1

Ağdam rayon Gül Baharlı kənd ümumi orta məktəbinin direktoru Məhərova Mehriban Binnət qızının 65 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov Mehriban müəllimi yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.

Qeyd olunub ki, Mehriban müəllim uzun illərdir təhsil sahəsində səmərəli fəaliyyət göstərərək gənc nəslin vətənpərvər, savadlı və yüksək mənəvi dəyərlərə malik vətəndaşlar kimi formalaşmasına mühüm töhfələr verib. Onun zəngin pedaqoji təcrübəsi, tələbkarlığı, qayğıkeşliyi və peşəsinə olan sevgisi həm şagirdlərin, həm də müəllim həmkarlarının böyük hörmətini qazanıb.

Yubiley münasibətilə Mehriban müəllimə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman təqdim olunub, gül dəstələri və hədiyyələr verilib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: