“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam rayonunda məktəblilər arasında futbol yarışı təşkil olunub

30/04/2026, 12:28
xeber1

Ağdam rayonunda məktəblilər arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği məqsədilə futbol yarışı keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən təşkilatçılar belə yarışların şagirdlərin fiziki inkişafında, komanda ruhunun formalaşmasında və asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, bu cür idman yarışları gənclər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də mühüm töhfə verir.

Yarışın yekunlarına əsasən qalib komanda Ağdam rayonu Rəfi Qasımov adına Paşabəyli kənd tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdlərindən ibarət kollektiv olub. Qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən kubok və medallarla təltif ediliblər.

Yarış iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur və onların məktəblilər arasında idmana marağın daha da artırılmasına xidmət edəcəyi bildirilib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: