Xəbərlər
Ağdam rayonunda müəllimin 65 illik yubileyi qeyd olunub.
27/01/2026, 11:42

Ağdam rayonu Eyvazlı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Əliyeva Emelya Mikayıl qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.
Tədbir zamanı səmərəli pedaqoji fəaliyyətinə görə Əliyeva Emelya Mikayıl qızına Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.
Çıxış edənlər yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.




