“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam rayonunda müəllimin 65 illik yubileyi qeyd olunub.

12/02/2026, 14:12
xeber1

Ağdam rayonu Hafiz Əsgərov adına Quzanlı qəsəbə tam orta ümumtəhsil məktəbinin psixoloqu Nəsibova Mədinə Şahmar qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.

Tədbir zamanı səmərəli pedaqoji fəaliyyətinə görə Nəsibova Mədinə Şahmar qızına Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.

Çıxış edənlər yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: