Xəbərlər
Ağdam rayonunda müəllimin 65 illik yubileyi qeyd olunub.
29/06/2026, 13:01

Ağdam rayonu Cabbar bəy Vəlibəyov adına Birinci Baharlı qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi Rüstəmova Marqarita Eldar qızını 65 illik yubileyi münasibətilə təbrik etdik. Müəllimimizə fəxri fərman, gül buketi və hədiyyə təqdim olundu.
Tədbirdə məktəb direktoru, müəllimlər iştirak edərək bu cür tədbirlərin onlara böyük ruh yüksəkliyi verdiyini, fəaliyyətlərində əlavə həvəs yaratdığını vurğuladılar. Müəllimlərimizin əməyini qiymətləndirmək, onların hörmətini uca tutmaq bizim vəzifəmizdir.






