“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam rayonunda müəllimlərin 65 illik yubileyi qeyd olunub

26/08/2026, 14:06
xeber1

Ağdam rayonu Hafiz Əsgərov adına Quzanlı qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi Hüseynova Tərlan Səməd qızının və həmin məktəbin hərbi rəhbəri İsmayılov Fəxrəddin Sahib oğlunun 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.

Tədbir zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə müəllimlərə gül buketi, fəxri fərman və hədiyyələr təqdim olunub.

Çıxış edənlər yubilyarları əlamətdar gün münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: