Xəbərlər
Ağdam rayonunda mühasiblər peşə bayramları münasibətilə təbrik olunublar
11/11/2026, 10:05

10 Noyabr – Mühasiblər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən təhsil sektorunda çalışan mühasiblər təbrik olunublar.
Peşə bayramı münasibətilə mühasiblərə bayram tortu təqdim edilib, onlara məsuliyyətli və əhəmiyyətli fəaliyyətlərində uğurlar arzulanıb.
Bütün mühasiblərimizi peşə bayramları münasibətilə bir daha təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq!




