Xəbərlər
Ağdam rayonunda təhsil müəssisələrində 2025–2027-ci illər üzrə Kollektiv müqavilə imzalanıb.
30/12/2025, 12:33

Ağdam rayonunun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə ilk həmkarlar təşkilatlarının sədrləri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv müqavilə imzalanıb.
Kollektiv müqavilənin imzalanması əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, həmçinin təhsil müəssisələrində sosial tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.








