Xəbərlər
Ağdam rayonunda təhsil sahəsində qürurverici uğurlar davam edir.

Ağdam rayon 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsənzadə Emin Anar oğlu Respublika Fənn Olimpiadalarının final mərhələsində biologiya fənni üzrə Qızıl medal qazanaraq böyük nailiyyət əldə etmişdir. Eminin bu uğuru illər boyu davam edən zəhmətin, məqsədyönlü hazırlığın və güclü iradənin parlaq nəticəsidir. O, əvvəlki illərdə də yüksək nəticələri ilə seçilərək:
🔹 VIII sinifdə ölkə üzrə III yer
🔹 IX sinifdə Qızıl medal 🥇
🔹 X sinifdə Gümüş medal 🥈
🔹 XI sinifdə yenidən Qızıl medal 🥇 qazanmışdır.
Eyni zamanda, Ağdam rayon 35 nömrəli tam orta məktəbin 9 “B” sinif şagirdi Göyçək Mancanlı da Respublika Fənn Olimpiadalarının final mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə yüksək nəticə göstərərək Gümüş medala layiq görülmüşdür.
Bu nailiyyətlər bir daha göstərir ki, uğur yalnız istedadın deyil, həm də zəhmətin, əzmin və düzgün istiqamətləndirmənin nəticəsidir. Şagirdlərin bu səviyyəyə yüksəlməsində onların üzərində böyük əməyi olan müəllimlərin rolu danılmazdır. Eyni zamanda, hər zaman övladlarının yanında olan və onlara dəstək verən valideynlərə də dərin minnətdarlığımızı bildiririk.
Əziz Emin və Göyçək, sizi ürəkdən təbrik edir, gələcək həyatınızda daha böyük uğurlar və yeni zirvələr arzulayırıq!





