Xəbərlər
Ağdam rayonunda Yeni il hədiyyələrinin paylanması prosesi davam edir.
27/12/2025, 15:26

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ağdam rayonu üzrə üzv təşkilatlarda çalışan ittifaq üzvlərinin övladları üçün nəzərdə tutulan bayram hədiyyələri təqdim edildi, bayramları təbrik olundu.
Tədbir çərçivəsində ittifaq üzvlərinə göstərilən diqqət və qayğının həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindən olduğu vurğulandı. Qeyd edildi ki, həmrəyliyin, birlik və əməkdaşlığın möhkəmləndirilməsi həmkarlar ittifaqının fəaliyyətində xüsusi yer tutur.
Bayram əhval-ruhiyyəsi və həmrəylik ruhu ilə keçən görüşlər xoş təəssüratlarla yadda qaldı.









