“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam rayonunun ucqar məntəqələrində yerləşən müəssisələrində həmkarlar ittifaqı üzvlərimiz ilə görüşlər keçirildi.

05/12/2025, 12:39
xeber1

Ağdam rayonunun ucqar məntəqələrində yerləşən Ağdam rayon 129 nömrəli tam orta ümumtəhsil məktəbi və Ağdam rayon Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində həmkar ittifaqı üzvləri ilə görüşlər keçirildi. Görüşlərdə müəllimlərin mövcud ehtiyacları və fəaliyyət istiqamətləri müzakirə olundu, həmçinin hər iki təhsil müəssisəsində həmkarlar ittifaqı sədrliyi üzrə dəyişikliklər aparıldı. Həmkarlarla birbaşa ünsiyyət qurmaq və təşkilati məsələləri yerində qiymətləndirmək fəaliyyətimizin əsas istiqamətlərindəndir.

Körpələr evi-uşaq baxçalarında da görüşlər davam etdirilir. Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbə körpələr evi-uşaq baxçasında və Ağdam rayonu “Ulduz” uşaq baxçasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvləri ilə görüşlər keçirildi. Yeni İmamqulubəyli qəsəbə körpələr evi-uşaq baxçasında əvvəlki həmkarlar ittifaqı sədri işdən azad edildiyindən kollektiv tərəfindən yeni sədr seçildi. “Ulduz” uşaq baxçasında isə üzvlərlə mövcud məsələlər müzakirə olundu, onların fikir və təklifləri dinlənildi.

Həm məktəblərdə, həm də uşaq baxçalarında keçirilən bu görüşlərin məqsədi təşkilati işləri daha səmərəli şəkildə qurmaq, əməkdaşların qayğılarını dinləmək və əmək mühitinin yaxşılaşdırılması istiqamətində birlikdə addımlar atmaqdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: