“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdam təhsil işçiləri İçərişəhərdə

08/06/2026, 12:36
xeber1

06 iyun 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə bir qrup təhsil işçilərinin "Şəhərsalma və Memarlıq ili" çərçivəsində İçəri şəhərə ekskursiyası təşkil edildi. Ekskursiyada rayonun təhsil işçiləri İçəri şəhərin tarixi Memarlıq abidələrini - "Şirvanşahlar sarayı", "Qız qalası", "Bəylər məscidi", "Məhəmməd məscidi", "Cümə məscidi" və əlavə bir neçə milli memarlıq arxitekturası əsasında inşa olunmuş tarixi abidələri ziyarət etdilər. Azərbaycan tarixinin qədimliyini, zənginliyini əyani faktlarla müəyyən edən müəllimlərin biliklərinin və dünyagörüşlərinin artması üçün ekskursiyanın böyük əhəmiyyəti oldu.

Təhsil işçiləri onlara göstərilən xidmətdən, turun təşkilindən razılığını bildirdilər və layihənin reallaşmasına dəstək göstərdiyinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz minnətdarlıqlarını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: