“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə şəhid anaları və xanımlara ehtiram gğstərildi.

06/03/2026, 17:48
xeber1

Ağdam Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gold Mətin” sarayda tədbir keçirildi.

Tədbirin açılışından öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra baş tacımız olan şəhid anaları, eləcə də tədbirdə iştirak edən bütün xanımlar bayram münasibətilə təbrik olundular.

Tədbirdə şəhid ailələri və rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak etdilər. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı və digər nümayəndələr 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edərək onlara xoş arzularını çatdırdılar.

Sonda tədbirdə iştirak edən bütün xanımlara gül dəstələri və hədiyyələr təqdim olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: