“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ağdamda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

09/03/2026, 11:32
xeber1

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri, komitə sədrləri, sektor müdirləri, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri və digər təhsil işçiləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdiri tədbirin Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan tarixində qadınların mühüm rolundan bəhs edərək onların Vətənimizin müdafiəsində, dövlət quruculuğunda və cəmiyyət həyatında göstərdikləri xidmətləri qeyd edib. Təhsil sahəsində çalışan bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Tədbir çərçivəsində məktəbin şagirdləri tərəfindən 8 Mart bayramına həsr olunmuş bədii hissə təqdim olunub, şeirlər səsləndirilib, musiqilər ifa edilib və müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib.

Sonda təhsil sahəsində səmərəli fəaliyyətinə görə ittifaq üzvlərimizdən bir qrup qadın təhsil işçisi təltif olunub

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: