Xəbərlər
Ağdamda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təhsil işçiləri ilə görüş keçirildi.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Ağdam təhsil müəssisələrində işləyən 80 nəfər aztəminatlı xanım işçilərlə görüş keçirildi. Bayram münasibətilə xanım müəllimlərə gül dəstələri, fəxri fərman və hədiyyələr təqdim olundu.
Tədbirdə çıxış edən Ağdam rayon təhsil sektorunun müdiri Tahir Abbasov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov ittifaq üzvlərini bu əlamətdar bayram münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırdılar.
İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinə təşəkkürlərini bildirdilər.










